Olay
Olay

Təranə Qumralın qızı hədələnir

Təranə Qumralın qızı hədələnir

Müğənni Təranə Qumralın qızı Qumral təhdid olunduğunu açıqlayıb. 

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. 

Qumral deyib ki, hətta sosial şəbəkə hesabı da həmin şəxs tərəfindən oğurlanıb:

“Artıq instaqram səhifəm özümdədir. Çox yaxın dostlarım bu məsələ ilə bağlı narahat idi, hesabımı qaytardılar. İki gün mən çəkdiyimi Allah götürməzdi. Həmin adam indi məndən pul istəyir, deyir, səhifəni qaytardım. Uşaqlarımla hədələyir, söyləyir ki, onların da, sənin də başına oyun açacam. Mən Türkiyədəyəm. İstədim ki, biləsiniz, hədələnirəm. Güya bizə Türkiyəni zindan edəcək. Hər yerdə qanun var. Fikirləşdim ki, dünəndən danışım, pul verim, səhifəmi qaytarsın. Amma etmədi, inanmadı, qaytarmadı”.