Olay
Olay

Rafael İsgəndərov 50 yaşında!

Rafael İsgəndərov 50 yaşında!

“Bu şəhərdə”nin məşhur siması, Əməkdar artist Rafael İsgəndərov 50 yaşına qədəm qoyub.

OLAY yazır ki, bu barədə sənətçinin oğlu, videobloger Fuad İsgəndərov məlumat verib.

O, atası ilə fotosunu paylaşaraq “Növbəti illərdə “Xalq artisti” adına layiq görüləsən” sözlərini yazıb.

Qeyd edək ki, Rafael İsgəndərov 23 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. Ailəsi əslən Bərdəlidir. 1979-cu ildə Bakıda 201 saylı orta məktəbin 1-ci sinfinə gedib. Məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Mədəniyyət və İncəsənət İnstituna daxil olub. Orada Gülşad Baxşıyeva, Şəfiqə Məmmədova, Şahmar Ələkbərov və Fuad Poladov kimi aktyorlardan dərs alıb. 3-cü kursda ikən Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrına aktyor kimi işə götürülüb.

Geniş tamaşaçı kütləsinə daha çox "Bu şəhərdə" layihəsindən tanışdır.