“Liatris Holding”in rəhbəri Ruhi Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Amirə dəstək olub.
OLAY yazır ki, iş xanımı “Bizimləsən” proqramının canlı efirinə bağlanaraq 1 yaşlı körpənin müalicəsi üçün təşkil olunan xeyriyyə marafonunda iştirak edib.
O, övladları Məhəmməd və Həsənin adından 4 min manat ianə edib.
R. Əliyeva insanları Amirə dəstək olmağa səsləyib.