Olay
Olay

Lalə Zaura söz atıb?

Lalə Zaura söz atıb?

“Təsir dairəsi” verilişinin son buraxılışı maraqlı anlarla yadda qalıb.

OLAY yazır ki, efirdə uşaqlarının özündən olmadığını iddia edən atanın DNT testinin cavabı açıqlanıb.

Nəticədə xanımın övladlarının atasının həyat yoldaşı olduğu təsdiqini tapıb. Bundan sonra həmin qadın sevincini oynayaraq göstərmək istəyib.

L. Azərtaş isə mahnını dayandıraraq “Yığışdırın. Bu nədir? Oynamaq da yeni dəbdir?” sözlərini səsləndirib.

Bu da sosial şəbəkələrdə Zaur Baxşəliyevin efirində oğlu tapıldığı üçün oynayan kişinin görüntülərini yenidən gündəmə gətirib. Bir çoxu Lalənin həmkarına söz atdığını da düşünüb.