Müğənni Aynur Dadaşova Niyam Salami ilə ailə qurmayacaq.
OLAY yazır ki, bu barədə o, “Uğur TV”ə açıqlamasında bildirib. Dadaşova bir neçə gün bundan əvvəl “Aynur Dadaşova ilə evlənəcəm, yayda toydur”,- açıqlamasını yalanlayıb:
“Niyam mənim dostumdur. Ümumiyyətlə mən ailə qurmaq barədə düşünmürəm. Özüm boyda oğlum var. İndi mənim ərə gedən vaxtım yox, qayınana olan vaxtımdır”.
Qeyd edək ki, Niyam “10-da görüşək” proqramında qonaq olarkən deyib ki, həmkarı ilə sevgi münasibətləri yaranmağa başlayıb:
“Aynurla evlilik fikrimiz var. Artıq aramızda sevgi münasibəti yaranır. Bəylik kostyumu da axtarırıq. Bu yay toy düşünürük”.