Olay
Olay

Əfsanələr....

Əfsanələr....

Ötən günlərdə Əməkdar artist Suğra Bağırzadə 75 yaşını qeyd edib.

OLAY yazır ki, onun doğum günündə Xalq artisti Həmidə Ömərova və Əməkdar artist Mehriban Xanlarova tək buraxmayıb.

Sənətçilər birgə çəkilən fotolarını sosial media hesablarında yayımlayıb.

“Bu gün dəyərli həmkarım Həmidə Ömərova ilə birlikdə, əvəz olunmaz sənətkarımız Suğra Bağırzadənin doğum gününü qeyd etdik. Uca Allahdan ona can sağlığı ilə yaşamaq arzulayıram. Sənətkara sağlığında layiq olduğu dəyəri vermək lazımdır! Suğra xanım, yeni yaşınız xeyirli-uğurlu olsun”, - deyə, M.Xanlarova paylaşımında qeyd edib.

Onun İnstaqramda məkan bildirilən hissəyə “Əfsanələr” yazması diqqətdən yayınmayıb.