Olay
Olay

Hüseyn qalmaqallı videodan danışdı

Hüseyn qalmaqallı videodan danışdı

Bloger Hüseyn Həsənov “Park Bulvar”dakı görüşü zamanı insanların kəmərlə vurulmasına münasibət bildirib. 

OLAY yazır ki, bu barədə “story” paylaşan Həsənov deyib ki, həmin şəxslə görüşüb, məsələyə aydınlıq gətirib:

“O mənim cangüdənim deyil. Biz həmin adamı tapdıq. Görüşdük, söhbət etdik, dedi ki, insanları vurmamışam. Qız huşunu itirmişdi, onu insanların içərisindən çıxaranda səhnəyə əlini qoyanlar mane olmasın deyə kəmərlə yerə vurub. Uşaqlar, o, yaxşı insandır”.