Olay
Olay

Türkan Vəlizadəni tənqid etdi

Türkan Vəlizadəni tənqid etdi

Əməkdar artist Firuzə İbadova müğənni Türkan Vəlizadəni tənqid edib.

OLAY yazır ki, məşhur müğənni “MTV Xəbər”ə açıqlamasında gənc ifaçıya iradını bildirib:

“Bir az ciddi musiqilər ifa etsəydi, yaxşı olardı - xalq mahnıları, bəstəkar mahnıları. Yaddaşda, tarixdə qala bilsinlər.

Özlərində kodlaşdırılmış bir cümlədir ki, mən bunu oxusam, toya apararlar. Əsla! Keyfiyyətli musiqi ilə həm xalqın yadında qalar, həm də tarixə yazılar. Hər sözə reaksiya verib əsəbiləşmək olmaz. Sırf öz sənətləri ilə məşğul olsunlar. Zaman və səbr!”