Olay
Olay

“Samsak Döveci” iki dostu düşmən etdi

“Samsak Döveci” iki dostu düşmən etdi

Musiqiçi Serkan Çağrının klarnetdə ifa etdiyi, Elif Buse Doğanın oxuduğu fenomenə çevrilən “Samsak Döveci” adlı anonim xalq mahnısı iki dostu düşmən edib.

OLAY yazır ki, tanınmış simalar bəstə populyarlaşdıqdan sonra yollarını ayırmaq qərarına gəlib.  Belə ki, Serkan Çağrı deyib ki, Elif Buse Doğan mahnını sinql olaraq çıxarmaq istəyəndə əsəbiləşib.

“Buse qrup olaraq hazırladığımız mahnını özünə məxsus etməyə çalışdı. Bu ədalətli davranış deyildi, məni utandırdı. Bacım kimi gördüyüm birindən heç vaxt belə bir davranış gözləməzdim”,- deyə klarnet ifaçısı deyib. 

Elif isə “Heç kimdən incimirəm, bunlar peşəkar işlərdir. Serkan Çağrı ilə televiziya proqramımız davam edir, bizi başqa layihələrdə də yan-yana görə bilərsiniz”,- deyə qarşı tərəfə cavab verib.