Olay
Olay

Təxirə düşən konsertinin tarixi açıqlandı

Təxirə düşən konsertinin tarixi açıqlandı

Xalq artisti Röya Ayxanın iki il əvvəl təxirə düşən “Nazlı” adlı solo konsertinin tarixi müəyyənləşib. 

OLAY yazır ki, bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan musiqili gecə 23-24-25 sentyabr tarixlərində baş tutacaq.

Əvvəlki tarixə alınan biletlər keçərli olacaq. 1 saat 30 dəqiqəlik solo konsertin bilet qiymətləri isə 20-150 AZN arası dəyişir. 

Xatırladaq ki, sənətçinin konserti 2020-ci ilin 6, 7, 8 və 9 mart tarixlərində keçirilməsi planlaşdırılırdı.

Lakin həmin dövrdə  koronavirusun qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq konsert təxirə salınmışdı.