Türkiyədə “Güldür güldür” komediya proqramı ilə məşhurlaşan aktyor Giray Altınok azərbaycanlı müğənni İradə İbrahimova ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, sənətçinin “Neyləyək” mahnısını dinlədiyi anları instaqramda paylaşıb. Mahnını İbrahimova ilə birgə oxuyan Altınok “İradə İbrahimovanın əsgərləriyik”, - deyə, bildirib.
Qeyd edək ki, daha öncə məşhur komediya aktyoru Cem Yılmaz “Ali baba və 7 cüceler” filmində həmin mahnıdan istifadə etmişdi. Hətta ekran işində mahnını Zafer Algözlə birgə səsləndirmiş, məşqlərdə İbrahimova da iştirak etmişdi.