Olay
Olay

“Üzünə tüpürəcəkdim, gecikdim” - Brilliant Jirinovski haqda

“Üzünə tüpürəcəkdim, gecikdim” - Brilliant Jirinovski haqda

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin ölüm xəbəri sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. İstifadəçilərin çoxu onun ölümünə seviniblər.

OLAY yazır ki, ad çəkməsə də Xalq artisti Brilliant Dadaşova da məsələyə münasibət bildirib.

O, sosial media hesabında Jirinovskini nəzərdə tutaraq bu sözləri yazıb:

"Bu gün biri ölüb, kiminsə ölümünə sevinənlərə təəccüb edirəm. Əsla, sevinmirəm. Sadəcə onun şeytanın qardaşı olduğunu bilirəm. Bir şeyə heyifsilənirəm. Onu həyatda görüb, iki kəlimə deyəcəkdim. Üzünə tüpürəcəkdim, gecikdim".