Xəzər TV-də yayımlanan “Komedixana” proqramında şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyevanın qalmaqalına yer verilib.
OLAY yazır ki, verilişdə hər iki məşhur sima parodiya olunub.
Səfərlini aktrisa Xəyalə Quliyeva, Fatiməni isə Zarina Qurbanova canlandırıb. Qeyd edək ki, ötən ay Nazilənin instaqramda üstüörtülü bir rəqqasəyə söz atması qalmaqala səbəb olmuşdu. Onun “Bir rəqqasə var, mənim əməkdaşlıq etdiyim məkana zəng edib deyir ki, kor-kobud şairəni niyə çagırırsınız” sözləri Fatiməni özündən çıxarmışdı.
O, bu ifadələrin öz ünvanına deyildiyini bildirərək canlı yayımda Səfərliyə cavab vermişdi.
İki məşhur hazırda məhkəməlik olub.