Olay
Olay

“Sən mənim həsrətimdə imişsən ki...”

“Sən mənim həsrətimdə imişsən ki...”

Aparıcı Afaq Gəncəli Xəzər TV-də ilk efirini reallaşdırıb.

OLAY yazır ki, o, “Səhər mərkəzi”nin 2-ci sezonunda tamaşaçıların qarşısına çıxıb.

A.Gəncəlini verilişdə həmkarı Tural Əsədov təqdim edib. T.Əsədov onu güllərlə qarşılayıb.

“Sən mənim həsrətimdə imişsən ki... Bilsəydim, məni belə təm-təraqla qarşılayacaqsan, bu cü gözəl sözlər deyəcəksən, çoxdan gələrdim”, - deyə, A.Gəncəli bildirib.

Qeyd edək ki, “Səhər mərkəzi” proqramı ötən ildən efirə gedir. Proqramın ilk aparıcıları Tural Əsədovla yanaşı, Tutu Zeynalova və Elvin Mərdan idi, daha sonra Elvinin əvəzinə efirə Umka Hacıyeva çıxırdı. Yeni mövsümdən Umka Hacıyeva hamilə olduğu üçün layihədən ayrılıb. T.Zeynalova isə bu sezondan “Cangüdən” proqramı ilə efirə çıxıb.