Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana rəqqasə Fatimə Fətəliyevanın onu ad günü məclisindən qovduğunu iddia edib.
OLAY yazır ki, bu barədə Canana instaqramda məlumat verib.
O bildirib ki, məclisdə keçmiş qayınanası M. İsgəndərli də olub:
“Mən çəkiliş komandası ilə Aydın Saninin konsertinə gedirdim. Dedilər, Fatimə xanımın ad günüdür, orada da kadrlar lentə alaq. Dedim, olsun, Fatimə xanımla illərlə tanışıq, salam-sağolumuz var. Kərimlə ayrılandan sonra da bir tədbirdə olmuşuq, öpüşüb-görüşmüşük, mənə məsləhətlər verib, deyib, hər şey yaxşı olacaq. Aramızdakı münasibətə görə, onu təbrik etməyi özümə borc bildim. Foyedə insanların Fatimə xanımla şəkil çəkdirdiyini gördüm.
Sol tərəfdə Mətanət İsgəndərli növbə gözləyirdi. Mən heç kimlə düşmən deyiləm. Fatimə xanım oradan üstümə sanki məni özünə düşmən görən sərkərdənin əmri ilə hücum etdi. Dedi ki, Canana, sən burada nə edirsən, çıx get!. Sonra köməkçisinə acıqlandı, cangüdənləri çağırdı. Çox gülünc, xanımlığa yaraşmayan hadisə idi”.