Xalq artisti Flora Kərimova səhhəti barədə açıqlama verib.
Məşhur müğənni OLAY-a danışaraq vəziyyətinin yaxşı olduğunu, müalicə aldığını qeyd edib:
“Hələ ölmürəm. Öləndə xəbəriniz olacaq. Radiodan, televiziyadan eşidəcəksiniz. Yaxşıyam. Mənim ağıllı qızımın, köməkçimin danışığı budur. Bundan artıq nə olacaq ki?”
Qeyd edək ki, köməkçisi Kərimovanın dünən balıqdan zəhərləndiyini açıqlamışdı.