““Bridgerton” serialının 3-cü mövsümündə nə olacaq?” sualının cavabı sizi bizim qədər həyəcanlandırırsa, doğru yerdəsiniz! Julia Quinnin sevgi romanından ilhamlanaraq ekranlara uyğunlaşdırılan ekran işi ilk sezonunda göstərdiyi performansla Netflix-in ən çox izlənilən istehsalı arasında yerini alıb.
OLAY yazır ki, birinci mövsümdə ailənin böyük qızı Daphne diqqət mərkəzində olsa da, bir neçə gün əvvəl təqdim olunan ikinci sezonda onun qardaşı Anthony-nin sevgi axtarışlarını ekranlara gətirib.
Netflix 2021-ci ilin aprelində serialın yalnız ilk 2 mövsümlə qalmayacağını, lakin “Bridgerton”un 3-cü və 4-cü mövsümlərinə yaşıl işıq yandırdığını açıqlayıb.
Layihənin ilk növbəti sezonunun məşhur yazıçı Julia Quinn-in hekayələri ilə eyni vaxtda getdiyini nəzərə alsaq, 3-cü sezon əxlaqsızlığı ilə gündəmə gələn Benedict Bridgertona həsr olunacaq. Həyatı ilə çox maraqlandığımız Benediktdən başqa gözəlliyi ilə diqqət çəkən Sofiya Bekketin həyatında baş verən müsbət hadisələr yeni mövsümdə bizə böyük sürprizlər bəxş edə bilər.
Yeni sezonun Benediktin hekayəsi ilə gündəmə gələcəyini nəzərə alsaq, serialın uğurlu aktyoru Luke Thompsonun seriala qayıtması təəccüblü deyil. İlk iki mövsümdə ulduzları parlayan Daphne və Anthony-nin arxa planda qalması, hələ də gözlədikləri sevgini tapa bilməyən bacı-qardaşlarının ön plana çıxması gözlənilir.
Ekranlarda Benediktin sevgi hekayəsini izləmək üçün səbirsizliklə gözləsək də, 3-cü mövsüm təkcə Benediktə diqqət yetirməyə bilər. Serialın neçə sezon davam edəcəyi maraq mövzusu olsa da, üçüncü sezonun 2023-cü ildə tamaşaçılarla paylaşılması gözlənilir.