Xalq artisti Tünzalə Ağayeva müğənni Zamiq Hüseynovun oğlu Zeynin kiçik toyuna geyindiyi paltarla gündəmə gəlib.
OLAY yazır ki, 45 yaşlı sənətçi gecəyə dərin sinə dekolteli və üzərində qaşlarla bəzədilmiş köynək və onu tamamlayan qara şalvarla qatılıb. İfaçı “look”unu uzun halqa sırğaları, parıltılı çanta və qara sadə ayaqqabı ilə uyğunlaşdırıb.
Ağayevanın sözügedən obrazı müzakirəsiz ötüşməyib. Sosial şəbəkələrdə ifaçını kiçik toya bu tərzdə qatılmasını qınayıblar.