Türkiyədə məktəbdə uşaqların Mustafa Ceceli və Nigar Muharremin dueti olan “Salıncak”ı birlikdə ifa etməsi sosial şəbəkədə gündəm olub.
OLAY yazır ki, instaqram, tvitter kimi platformalarda paylaşılan görüntülərdə uşaqlar tənəffüs zamanı sözügedən mahnını ifa etməsi əks olunub.
Onlarla şagirdin ifa və rəqsi qısa müddətdə hər kəsin diqqətini çəkib və yayılmağa başlayıb.
Qeyd edək ki, “Salıncak” iki ayda yutubda 125 milyon baxış toplayıb.