Bir neçə gündür sosial şəbəkələrdə “Miss & Mister Azerbaijan-2021”milli gözəllik yarışmasının qalibləri müzakirə edilir.
OLAY yazır ki, Azərbaycan gözəli seçilən Milana Babayeva estetik prosedurlara əl atdığı iddia edilib.
Milananı tənqid edənlərlə yanaşı onun müdafisinə qalxanlarda olub. Belə ki, tanınmış dicey Kənan Hüseynov Babayevanı tənqid edənlərə cavab verərək təşkilatçıların düzgün seçim etdiyini bildirib. Onun sözügedən rəyi də birmənalı qarşılanmayıb:
“Tamamilə düzgün seçimdir. Niyə gülürsüz? Ətrafınıza baxın, əksəriyyəti silikonludur. Guya sizin qohumlarınızdan heç kimdə silikon və burun əməliyyatı yoxdur? İndi hara baxırsan, eyni sifətdir. El bil “inkubator”dan çıxıblar. Bu ilin dəbi budur, siz də qəbul etməlisiz”.