WOW
WOW

Hamının tənqid etdiyi Azərbaycan gözəli...

Hamının tənqid etdiyi Azərbaycan gözəli...

Azərbaycanda keçirilən “Miss & Mister Azerbaijan-2021” milli gözəllik yarışmasının qalibləri etirazla qarşılanıb.

OLAY yazır ki, oktyabrın əvvəlində seçilən birincilər Tengiz Rüstəmxanlı və Milan Babayevanın fotoları sosial şəbəkələrdə paylaşılıb və müzakirə mövzusuna çevrilib.

Özəlliklə də qalib olan xanım istifadəçilər tərəfindən tənqid edilib. 

Qeyd olunub ki, bu yarışmalar gənc qızların və qadınların xarici görünüşünə görə qiymətləndirilir. Fiziki gözəllik adına isə kosmetoloji və plastik müdaxilə daxil edilmir və Milan Babayevanın təbiilik anlayışından uzaq olduğu iddia edilir. 

Bu məqamda bildirək ki, beynəlxalq arenada gözəllik müsabiqələri barədə qəbul olunmuş şərtlər mövcuddur. Belə ki, müsabiqəyə 18 yaşdan böyük 27 yaşdan kiçik, həmin ölkənin vətəndaşı olan xanımlar qatılır.  

Xüsusilə xanımlarda diqqət yetirilən məsələ subay olmasıdır. Həmçinin, yarışmaya qatılan şəxslərin təbii görünüşünə üstünlük verilir.