Keçmiş gəlini Canana Əməkdar artist Mətanət İsgəndərliyə barışıq əli uzadıb.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb.
Canana bildirib ki, Novruz bayramında sənətçiylə arasındakı küsülülüyə son qoymaq istəyir:
“Öz kiçikliyimi göstərib, uşaqlarımın nənəsi olan Mətanət İsgəndərlidən bir ana olaraq xahiş edirəm ki, aramızdakı münaqişəyə son qoyaq! Barışıq elan edirəm, çünki balalarıma ehtiyacım var. Mən də istəyirəm bayramı balalarımla qeyd edim.
Mətanət İsgəndərli, səndən ev, mülk istəmirəm, yalnız balalarımı istəyirəm”.
Qeyd edək ki, sənətçinin oğlu Kərim ilə Canana ötən il qalmaqallı şəkildə ayrılıb. Məhkəmənin qərarına əsasən üç uşaq atada qalıb. Daha sonra apelliyasiyaya müraciət edən Canana məhkəmədə qalib olub. Lakin qərarın qüvvəyə minməsi üçün iki ay vaxt verilib.