Olay
Olay

Şvarzenegger Putinə müraciət etdi

Şvarzenegger Putinə müraciət etdi

Əfsanəvi Hollivud aktyoru və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvarzenegger rus xalqına müraciət edib.

OLAY yazır ki, dünya ulduzu tvitter səhifəsində video yayaraq İkinci Dünya Müharibəsində vuruşan və bütün həyatı boyu özünü günahkar hiss edən atasının əhvalatını danışıb.

Şvarzenegger rus əsgərlərinə də müraciət edib:

“Bu, sizin babalarınızın və ulu babalarınızın Rusiyanı müdafiə etmək üçün döyüşdüyü bir müharibə deyil. Bu, qanunsuz müharibədir. Həyatınız, gələcəyiniz bütün dünya tərəfindən pislənilən mənasız müharibəyə qurban verilir”.

Doqquz dəqiqəlik çıxışın sonunda şəxsən Vladimir Putinə mesaj göndərilib:

“Bu müharibəni siz başlatmısınız, siz aparırsınız, siz də dayandıra bilərsiniz”.