Olay
Olay

Aysel qəzaya düşüb

Aysel qəzaya düşüb

Müğənni Aysel Əlizadə avtomobil qəzasına düşüb.

OLAY yazır ki, bu barədə “Deməsəm olmaz” proqramında məlumat verilib. Verilişin aparıcısı stilist Elnur Həsənov qeyd edib ki, sənətçi xəsarət alıb:

“Qəza dostunun avtomobili ilə olub. Təhlükəsizlik yastıqları açılıb. Gözünün altı qaralıb, burun və beyindən zədə alıb”. 

Aysel isə instaqramda post paylaşaraq hər şeyin qaydasında olduğunu vurğulayıb:

“Narahat olan hər kəsə təşəkkür edirəm.Diqqətinizə görə var olun”.