Olay
Olay

“Sənəti atsam, demək ki, özümə hörmət etmirəm”

“Sənəti atsam, demək ki, özümə hörmət etmirəm”

“Mən təkliyi çox sevirəm, xoşbəxt oluram. Tək kinoya baxıram, maşın sürürəm. Mətbəxə keçib yemək bişirirəm. Tək olanda yaxşı şeylər düşünürəm”.

OLAY yazır ki, bu sözləri müğənni Günay İbrahimli “Söz-baz” proqramında qonaq olarkən deyib. İfaçı yalnız vaxt keçirməyi çox sevdiyini bildirib.

Bundan əlavə, Günay qeyd edib ki, bu sənətdən heç vaxt getməyəcək: “Mən sənəti atsam, demək ki, özümə hörmət etmirəm. Tanrı mənə bu istedadı verib. İllərdir ki, əziyyət çəkmişəm. Fikir vermisizsə, müğənnilər sənətdən gedirlər, amma bir müddət sonra yenidən qayıdırlar. Daxilində olan səhnə sevgisindən əl çəkə bilmirlər. Ailə də, sənət də olsun. Kim buna nə deyir ki? İkisi bir arada ola bilməz? Bizim peşə çox gözəldir, hər kəsə verilən istedad deyil”.