“Yarışmadan xəbərim var, amma baxmıram”.
OLAY yazır ki, bu sözləri “10-da görüşək” verilişində qonaq olan Əməkdar artist Abbas Bağırov “Səs Azərbaycan” yarışması barədə danışarkən deyib.
O, aparıcı Samir Bayramlının “Gələn sezonda münsif ola biləcək sənətçilərdən biri də sənsən” sözlərinə belə cavab verib:
“Mən yarışmadakı münsiflərin hamısının uğurlu seçim olması ilə tam razı deyiləm”.
Qeyd edək ki, “Səs Azərbaycan” yarışmasının münsif heyətində Xalq artistləri Brillant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Eldar Qasımov və Murad Arif yer alır.