Sevil və Sevinc Səfərova instaqramda izləyicilərin suallarını cavablandırıb.
OLAY yazır ki, tanınmış əkizlər şəxsi həyatları, keçirdiyi plastik əməliyyatdan danışıblar. Səfərovalar abunəçinin “Burun əməliyyatı etmisiz?”- sualını belə cavablandırıb: “Biz burunla məşhurlaşan qızlarıq”.
Bundan əlavə, Sevil və Sevinc bəyənmədikləri üçün TikTok paylaşım platformasında yer almadıqlarını bildirib. Həmçinin, əkizlər nənələri ilə küsülü olması barədə yayılan şayiələrə də aydınlıq gətirib: “Yəqin çoxsu düşünür ki, nənəmlə küsülüyük. O bizə, biz də onlara gedirik. Dayım və ailəsi nənəmə çox gözəl baxır”.
Sevil-Sevinc “qadın səhv edərsə, ona şans vermək olar?”- sualını isə bu cür şərh edib: “İnsan və səhvə bağlıdır. Qadınların səhv etmə şansı demək olar ki, yox dərəcəsindədir”.