12.39:
DTX Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
OLAY yazır ki, sənətçi ilə vidalaşmaq üçün yaxınları, sevənləri məkana toplaşıb.
13.20:
Ailəsi, yaxınları və dostları onunla vidalaşmaq üçün mərkəzə toplaşır. Aktyorun nəşi bir azdan mərkəzə gətiriləcək.
Qeyd edək ki, C.İmanov ötən gün Bakıda idman zalında infarkt keçirərək vəfat edib. Mərhum Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.
Fotolar: Axsam.az/ İlqam Cəbiyev
13.57
Mərhum Cabir İmanovun cənazəsi TDX Mədəniyyət mərkəzinə gətirilib.