Stilist Anar Ağakişiyev qalmaqal yaşadığı aparıcı Nanə Ağamalıyeva barədə açıqlaması ilə gündəmə gəlib.
OLAY yazır ki, bu haqda Anar Ülvira Qarayevanın Astar TV-də yayımlanan yutub layihəsinə qonaq olarkən danışıb.
O, bildirib ki, Nanə özünü “ATV”nin rəhbəri kimi aparır:
“Nanə özünü elə aparır ki, sanki kanal rəhbəridir. Əgər bu sözlərimə görə, “ATV” məni qara siyahıya atsa, vecimə də deyil. Əgər Nanənin reytinqi yüksəkdirsə, qalxıb birbaşa rəhbərin otağında otursun. Bütün digər aparıcılar aşağıya düşüb makiyaj olunurlar. Nanəni isə öz otağında bəzəyirlər. Əgər Nanə ulduzdursa, Xoşqədəm Hidayətqızı neyləsin? Xoşqədəmin nə reytinqi, nə də ki ulduzluğu heç də Nanədən geri qalmır. Əksinə yüksəkdir, hətta fəxri adı da var. Əgər buna ulduz deyiriksə, onda Xoşqədəm meqa-ulduzdur”.