Olay
Olay

Kəmalə Onura vəzifə verildi

Kəmalə Onura vəzifə verildi

Real TV-nin radiosu Real FM istifadəyə veriləcək.

OLAY yazır ki, artıq radiostansiyaya direktor da təyin edilib.

Belə ki, Real FM-ə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşı, aparıcı və aktrisa Kəmalə Onur direktor təyin edilib. 

O, həmçinin Real TV-də yayımlanacaq “Redaktor” verilişində də aparıcı olacaq. 

Qeyd edək ki, K. Onur “Zəhər tuluğu” filmində rol alıb. Eyni zamanda, Kəmalə izləyicilərə “Elə yox, belə” instaqram səhifəsindən də tanışdır.