Olay
Olay

Kerimcan Azərbaycana gəlir

Kerimcan Azərbaycana gəlir

Türkiyənin məşhur fenomeni Kerimcan Durmaz Azərbaycana gəlir.

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb.

Azərbaycan dilində izləyicilərini salamlayan Kerimcan Bakıda səhnə alacağını söyləyib:

“Bu ay doğrudan da gəlirəm. “Uje” Bakıya yollanacam. Üzr istəyirəm, “artıq” deməliydim. Çünki “uje” rus dilindədir. Mən azərbaycanca danışa bilirəm. Həyatımda ilk dəfə səhnə üçün orada olacam. Çox həyəcanlıyam. Martın 27-də səhnə alacam. Bakıya gəlmişkən vloq çəkmək istəyirəm. Orada İçərişəhər, “Baksovet” və Tarqovı kimi yerlər var. Afişanı da paylaşacam. Bir-iki görüntü xoşuma gəlmədiyi üçün yerləşdirmədim. Onlar düzəlsin, sonra sizinlə bölüşəcəm”.