Olay
Olay

Aygün Kazımova Moskvaya necə gedib?

Aygün Kazımova Moskvaya necə gedib?

Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl Moskvada toyda iştirak edib. O, komandası ilə birgə Rusiyaya uçub.

Bu barədə sənətçi instaqramda məlumat yayıb. Lakin iki ölkə arasındakı aviareyslər dayandırıldığı üçün Kazımovanın ora necə getməsi maraq doğurub.

OLAY-ın əldə etdiyi məlumata görə, Aygün əvvəlcə İstanbula, oradan da Moskvaya yola düşüb.

Qeyd edək ki, martın altısından etibarən beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.