Olay
Olay

Premyerada həzin öpüşmə!

Premyerada həzin öpüşmə!

Kaia Gerber və Luis Pullman Venesiya Film Festivalında münasibətlərini təsdiqləyib.

OLAY yazır ki, 2025-ci il Venesiya Film Festivalının ən çox müzakirə olunan məqamlarından biri onların qırmızı xalçadakı romantik görüntüləri olub. Cütlük Pullman-ın baş rolda çəkildiyi “The Testament of Anne Lee” filminin premyerasına birlikdə qatılaraq münasibətlərini rəsmi şəkildə elan ediblər.

Cütlük əl-ələ tutaraq fotoqrafların qarşısına çıxıb və Kaia Gerber-ın çiyninə qoyulan öpüş festival gecəsinə damğa vurub. Supermodel “Givenchy” imzalı şəffaf güpürlü libası ilə diqqət çəkərkən, Pullman klassik tuksedo seçimi ilə zərif görünüşünü tamamlayıb.

Festival çərçivəsində onlar yalnız qırmızı xalçada deyil, Venesiyanın məşhur “Harry’s Bar” yaxınlığında da kameralara romantik anlarla tuş gəliblər.

Cütlüyün münasibəti ilk dəfə yanvarda Pullman-ın doğum günü tədbirində gündəmə gəlmişdi. Məlumata görə, Kaia-nın valideynləri – Sindi Krauford və Rande Gerber də gənc aktyoru yaxından tanıyıb və münasibəti müsbət qarşılayıblar.