Olay
Olay

Tünzalə Ağayeva gənclərlə görüşdü

Tünzalə Ağayeva gənclərlə görüşdü

Binəqədi Gənclər evində 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə görüş gerçəkləşib.

OLAY yazır  ki, Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “İmza saatı” layihəsi çərçivəsində Xalq artisti Tünzalə Ağayeva gənclərlə görüşüb.

İki saat ərzində davam edən tədbirdə iştirakçılar pop ulduza müxtəlif mövzularla bağlı suallar ünvanlayıb.  

Estrada ulduzu da öz növbəsində bütün suallara tam səmimi şəkildə cavab verib. Yaradıcılıq, musiqi, sənət, sosial mövzular ətrafında fikir mübadiləsi baş tutub.

Tədbir zamanı gənclərin mədəni proseslərdə iştirakının vacibliyi, onların fikirlərinin, enerjisinin və baxışlarının müasir cəmiyyətin inkişafındakı rolu önə çəkilib.

 Eyni zamanda Xalq artisti gələcək planlarından və yeni layihələrdən danışıb. Yüksək enerji ilə davam edən səmimi görüşdə maraqlı anlar yaşanıb. 

Sonda estrada ulduzu gənclərlə birlikdə “Sevdi can səni” hitini oxuyub və xatirə fotoları çəkdirib.