Amerikada fəaliyyət göstərən azərbaycanlı müğənni Elariz Məmmədoğlu imicində dəyişiklik edib.
OLAY yazır ki, o, yalnız çənə nahiyəsində saqqal saxlayaraq fərqli obraz yaradıb.
Yeni görüntülərini instaqramda paylaşan Elarizin tərzi izləyicilərinin marağına səbəb olub.
Məmmədoğlunun görünüşünü bəyənənlərlə yanaşı, tənqid edənlər də var. Ona bu stilin Amerikaya uyğun olduğunu düşünənlər də az deyil.