Avroviziya təmsilçimiz Aysel Teymurzadə “DreamFest”in firuzəyi xalısına çıxıb.
OLAY-ın məlumatına görə, çiçəkli libası ilə diqqət çəkən Aysel jurnalistlərin suallarınl cavablandırıb.
Sənətçi bildirib ki, artıq sənət fəaliyyətinə davam edəcək:
“Bu, bir başlanğıcdır. İnşallah davam edəcəyəm”.
Aysel üstüörtülü Xalq artisti Murad Adıgözəlzadə ilə boşanma iddialarına reaksiya verib:
“Bu gün Musiqi Festivalıdır, istəyərdim bu haqda danışaq. Çox gözəl gündür. Bu haqda başqa vaxt danışarıq”.
Sənətçi həmçinin övladlarından söz açıb:
“Uşaqlar böyüyüblər, onlar balaca olanda fəaliyyətə davam etmək çətin idi. Məndə belə alındı ki, onlar ard-arda dünyaya gəldilər, aralarında iki yaş fərq var. 12,10 və 8 yaşındadılar. Hazırda özümə daha çox vaxt ayıra bilərəm. İncəsənətə çox meyillidilər. Qızların gözəl səsi var, mənim valideynlərim mənə dəstək olduğu kimi onlara dəstək olacam. Musiqi təhsili alırlar, pianoda ifa edirlər. Mənə də çox dəstəkdirlər. Ən böyük fanatlarımdır. Bu gün buradadılar”.