Olay
Olay

İşıq 7 dəfə söndü, Məryəmin səhnəsi yarımçıq qaldı

İşıq 7 dəfə söndü, Məryəmin səhnəsi yarımçıq qaldı

Bakının məşhur restoranlarından biri olan Halikarnas Balıkçısında keçirilən ad günü mərasimi böyük narazılıqla nəticələnib.

Bu barədə OLAY-a şikayətçi Dünya Fərzəliyeva müraciət edib.

O bildirib ki, restoranda qeyd olunan məclis zamanı işıq 7 dəfə sönüb. Müştərinin sözlərinə görə, restoranın ehtiyat generatoru olmadığı üçün tədbir dəfələrlə yarımçıq qalıb.

Gecəyə öz çıxışı ilə rəng qatan müğənni Maryam Şabanova ifası zamanı işığın sönməsi səbəbilə səhnəni yarımçıq tərk etməyə məcbur olub. İddiaya görə, heç kim nə müğənnidən, nə də tədbir iştirakçılarından üzr istəməyib, restoran tərəfindən heç bir kompensasiya da təqdim olunmayıb.

Şikayətçi bildirib ki, yalnız restoranın ofisiantları yaranan vəziyyətdən utanaraq narahatlıqlarını dilə gətiriblər, lakin rəhbərlik tərəfindən heç bir məsuliyyət hissi nümayiş etdirilməyib.

OLAY restorana sorğu göndərsə də, iddialara cavab ala bilməyib. 

QEYD: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.