Olay
Olay

Şəhriyar AzTV-dən getdi

Şəhriyar AzTV-dən getdi

Aparıcı Şəhriyar Əbilov AzTV-dən gedib.

OLAY yazır ki, bu barədə Şəhriyar özü məlumat yayıb.

Şəhriyar instaqramda bunları qeyd edib:

“Uzun illərdir ki, Azərbaycan Dövlət Televiziyasında çalışırdım. Bu illər ərzində bir-birindən dəyərli və yadda qalan layihələrə imza atdım. Bu televiziya mənim üçün sadəcə bir iş yeri yox, həm də dostlar qazandığım, gözəl insanlarla tanış olduğum, böyük bir ailəyə çevrilmiş bir mühit oldu. Ancaq hər bir başlanğıcın bir sonu olduğu kimi, bu yolun da sonuna gəlib çatdım. Bugündən etibarən Azərbaycan Dövlət Televiziyası ilə yollarımı ayırıram. Bu vaxta qədər mənimlə çiyin-çiyinə çalışan rəhbərliyə və bütün kollektivi ürəkdən təşəkkür edirəm göstərilən münasibət, verilən dəyər və dostyana davranış üçün minnətdaram. Həyat davam edir. Qarşıda yeni kanallar, yeni layihələr və yeni başlanğıclar məni gözləyir. Hər kəsə uğurlar arzulayıram. Haqqınızı halal edin - mən də öz haqqımı halal edirəm. Sevgi və ehtiramla, Şəhriyar Əbilov...”.