Olay
Olay

CeyLo Antalyada “mağara”da qalacaq

CeyLo Antalyada “mağara”da qalacaq

Dünyaca məşhur müğənni Cennifer Lopez 23 iyulda Antalyada konsert verməyə hazırlaşır.

OLAY yazır ki, o, bölgənin ən lüks otellərindən birində yerləşən “Cave” (mağara) adlı xüsusi otaqda qalacaq.

3.500 kvadratmetrlik bu nəhəng otaqda eyni anda 14 nəfər qala bilər. Otaqda 6 ayrı geyinmə otağı, “swim-up” bar (birbaşa hovuzdan içki sifariş edilə bilən bar), sauna, şəxsi kino zalı və şöminə var.

Cennifer Lopezin bu qeyri-adi və dəbdəbəli otaqda qalması artıq sosial şəbəkələrdə də müzakirə yaradıb.