Məşhur meyxanaçılar Rəşad Dağlı, Aydın Lökbatanlı və Baləli Maştağalının əlbəyaxa dava etməsi ilə bağlı dərc olunan xəbərlər həqiqəti əks etdirmir.
OLAY yazır ki, bununla bağlı Baləli özü açıqlama verib. O, instaqramda canlı yayım zamanı həmkarı ilə dava etmədiyini, bunun şayə olduğunu bildirib.
Söz ustası deyib ki, Aydınla uzun müddətdir görüşmür, arada bir neçə məclisdə rastlaşır. Və aralarında hansısa bir problem yoxdur.
“Kimsə məni vura bilməz. Lap yaxşıyam. Rəşad da elə oğlan deyil ki, məni qoyub getsin”,- deyə B. Maştağalı bildirib.
Qeyd edək ki, bu gün toyda üç meyxanaçının dava etməsi haqda xəbərlər yayılıb. Qeyd olunub ki, mübahisə deyişmədən sonra baş verib. Baləli Rəşada görə digər həmkarı ilə dalaşıb. R. Dağlı isə onu müdafiə etmədən məclisi tərk edib.