Müğənni Nadir Rüstəmlinin Avroviziya mahnısının müəllifləri xaricidir.
OLAY yazır ki, sənətçinin may ayında İtaliyada keçiriləcək yarışmada səsləndirəcəyi bəstənin söz yazarları Danimarka və İsveçdən olan şairlərdir.
Mahnının musiqisinin kimə məxsus olmasə barədə məlumat verilməyib.
Klipin bu həftəsonu təqdim edilməsi gözlənilir.
Məlumatı escturkey.com yayıb.
Qeyd edək ki, müsabiqədəki mahnılarımızdan yalnız ikisində “Day After Day” (söz: Zəhra Bədəlbəyli, musiqi: Gövhər Həsənzadə) və “Skeletons” (musiqi: İsa Məlikov) azərbayncalılar iştirak edib.