Aktrisa Ləman Mərrih rejissor həyat yoldaşı Emil Abdullayevlə paylaşım edib.
OLAY yazır ki, Ləman həyat yoldaşının ad günü olduğunu qeyd edərək bunları yazıb:
“Onunla yollarımız kəsişəndə tamam başqa adam idim. Daha bu dünya ilə bağlı heç bir həvəsimin qalmadığına inandırmışdım özümü. Məni möcüzələrin var olduğuna inandırdı. Bu gün onun doğum günüdür , mənim doğum günüm isə həyatıma gəldiyi gündən hesablanır”.