Avroviziya təmsilçimiz Samirə Əfəndi bir müddət öncə qalmaqal yaşadığı Dilarə Kazımova ilə münasibətindən danışıb.
OLAY yazır ki, bu barədə müğənni “Pərvizə görə”də açıqlama verib. O bildirib ki, heç kimlə küsülü deyil:
“Mən heç kimlə küsülü deyiləm, hamıyla normal, “salam-sağ ol” münasibətdəyəm. Heç kimlə dost, ya da düşmən deyiləm. Kiminsə mənimlə problemi varsa, nömrəmi tapmaq problem deyil, zəng etsinlər, şəxsən məsələlərini həll etsinlər. Kimsə orada-burada adımı hallandıracaqsa, bununla PR edəcəksə, mənim sərt reaksiya verməyimi, bunun olay edilməsini gözləyəcəksə, bu şəraiti yaratmayacağam. Mənə kiminsə başının üstündən söz eşitdirmək, göndərmək... Onsuz da buna reaksiya verməyəcəyəm. Heç kimlə problemim yoxdur. Hamıyla gözəl münasibətdəyəm”.