Olay
Olay

“10-12 gün dad bilmədim”

“10-12 gün dad bilmədim”

Əməkdar artist Rafael İskəndərov koronavirusa (COVID- 19) yoluxduğunu açıqlayıb.  

OLAY yazır ki, sənətçi qonaq olduğu “Zaurla Günaydın” proqramında bir müddət əvvəl səhhətində problem yarandığını, hazırda hər şeyin qaydasında olduğunu qeyd edib:

“Üç doza vaksin vurdurmuşam. Bir dəfə xəstələndim. Deməli, 10-12 gün dad bilmədim. Daha sonra mətbəxdən kotlet qoxusu gələndə anladım ki, sağalmışam”. 

Proqramın aparıcıları Zaur və Günay Baxşəliyevlər, müğənni Nigar Camal da koronavirusa yoluxduğunu, ağır keçirdiklərini bildirib.