Xalq artisti Aygün Kazımova yeni layihəsini təqdim edib.
OLAY yazır ki, estrada ulduzu “Abrakadabra” adlı mahnısına çəkdirdiyi klipi yayımlayıb.
Kazımovanın ekran işi Türkiyədə Selim Akar tərəfindən lentə alınıb. Mahnının musiqisi Kazım Can, sözləri Orxan Qarabasmaya (OGB) məxsusdur.
Pop ulduz layihə üçün 6 obraz yardıb. Bu “look”lar üçün Ajda Pekkan, Hadise, Bülent Ersoyla çalışan komanda - Burcu Sedef, Erdal Güvenç, Berker Kuşku işləyib.