Zaman-zaman sosial şəbəkələrdə Avroviziya qalibimiz Nigar Camalın imici müzakirə yaradır. Onun hər zaman eyni üslubda olması ilə bağlı izləyicilər şərh yazıb, fikir bildirirlər.
OLAY yazır ki, Nigar bu müzakirələrə son qoymaq qərarına gəlib.
Müğənni Feysbukda status yazaraq stili ilə bağlı yazılanlara cavab verib:
“Məni qadınların saç rəngi, uzunluğu, stil və başqa məsələlər bağlı verdiyi məsləhətlər artıq bezdirib. Bu mənim üzüm, mənim saçım, mənim stilimdir – bunlar şəxsiyyətimin bir hissəsidir. Necə görünmək istədiyimə yalnız mən qərar verirəm. Makiyaj edib-etməməyim, dəbə uyub-uymamağım – bütün bunlar mənim şüurlu seçimimdir.Gözəl, gənc və ya yaşlı olmaq – bunların hər biri həyatın bir mərhələsidir və mən özümü hər dövrdə olduğu kimi qəbul edirəm. Mənə başqasının təsdiqi lazım deyil. Açığı, buna ehtiyacım yoxdur. Görünüşümün kiminsə gözləntilərinə uyğun olub-olmaması məni maraqlandırmır. Xüsusilə də “yaxşı məsləhət” adı altında gizlənən qınaq və ya paxıllıq varsa. Biz başqalarının baxışlarına uyğunlaşmaq məcburiyyətində deyilik. Mən elə görünürəm ki, bu mənim daxili azadlığımı əks etdirir. Mənim üçün vacib olan da məhz budur! Hər kəsə sülh və xeyir diləyirəm”.