Dünyaca məşhur modellər Cici və Bella Hadid bacıların daha bir bacısı üzə çıxıb.
OLAY yazır ki, bu barədə onlar “Daily mail”ə danışıblar.
“Atamız Mohamed Hadid anamızdan ayrıldıqdan sonra qısa müddətli münasibəti olub. Bu münasibətdən Aydan adlı qızı dünyaya gəlib. Aydan Floridada dünyaya gəlib. 19 yaşına qədər doğma atasının kim olduğunu bilməyib. Ögey atasının ölümündən sonra reallığı öyrənib. Aydanla ilk dəfə 2023-də əlaqə qurduq, o gündən sonra onu sevgiylə qucaqladıq”, - deyə, Hadidlər bildirib.
Qeyd edək ki, onların Lenzi adlı bir bacıları və Anvar adlı qardaşları var.