Olay
Olay

“Kann” Röyası…

“Kann” Röyası…

Xalq artisti Röya Ayxan növbəti dəfə Kann Film Festivalında qırmızı xalıya çıxıb.

OLAY yazır ki, pop ulduz bu gün daha parıltılə və dekolteli libas seçib.

Sənətçi qırmızı xalçada kameralara pozalar verib.

Qeyd edək ki, müğənni “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və burada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub. Bu mükafat pop ulduza müasir Azərbaycan musiqisinə verdiyi böyük töhfəyə görə təqdim olunub.

Onu da bildirək ki, I Success — biznes, mədəniyyət, incəsənət və innovasiya sahələrində uğurları qeyd edən beynəlxalq platformadır. Onun əsas tədbiri olan “I Success Top 100 Awards Gala” müxtəlif dünya şəhərlərində, o cümlədən Buxarest və Kann şəhərlərində keçirilir. Bu gala gecəsində öz sahəsində əhəmiyyətli töhfələr vermiş 100 nüfuzlu şəxs və təşkilat mükafatlandırılır. Tədbirin məqsədi fikir liderlərini, sahibkarları, sənətçiləri və ictimai xadimləri bir araya gətirmək, əməkdaşlıq, ilham və tanınma üçün platforma yaratmaqdır.