Türkiyənin məşhur müğənni və bəstəkarı Sezen Aksunun addımı diqqət çəkib.
OLAY yazır ki, sənətçi ümumilikdə 21 sinql və 30 albomdan ibarət musiqi kataloqunun yayımlanma, sinxronizasiya və müəllif hüquqlarını satıb.
Sezen bütün əsərlərini 18 milyon dollara “Universal Music Group”a təhvil verib.
Bu məsələ Türkiyə mediasında müzakirə yaradıb.