Olay
Olay

“Burada Azərbaycan və Türkiyə pasportuna nifrət edirlərmiş...”

“Burada Azərbaycan və Türkiyə pasportuna nifrət edirlərmiş...”

Azərbaycanlı reper Asya Alizade Cənubi Kiprdə çətinliklə üzləşib.

OLAY yazır ki, konsert üçün Amsterdamdan Kiprə uçan Alizade hava limanında saxlanılıb.

Bu barədə o, instaqramda məlumat yayıb:

“Biz Amsterdamdan Cənuni Kiprə uçduq. Amma burada Azərbaycan və Türkiyə pasportuna nifrət edirlərmiş, cəhənnəmdə yanmağımızı istəyirlər. Ona görə polis bölməsinə aparıldıq. Sonra polisin bizə yazığı gəldi, buraxdı. Amma oradan iki saat maşınla konsert məkanına getmək əvəzinə Yunanıstana uçduq, oradan İstanbula, buradan da Kiprə gedirik”.